Sözdələn
🎙️ Sözdən səs gəlir...
📚 "Sözdələn" Azərbaycan dilində bədii və elmi mövzulu səsli mətnlər təqdim edir.
💚 Layihənin əsas məqsədi Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunlar yaratmaqdır.
Episodes
69 episodes
Mişkinaz xanıma məktublar | Hüseyn Cavid | Sözdələn
"Sözdələn" Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanıma yazdığı məktubları təqdim edir.Səslənəcək üç məktubun ilk ikisini Hüseyn Cavid Kislovodskda müalicədə olarkən yazıb. Sonuncu məktubu isə Cavidin ölümündən bir neçə ay əvvəl sürgünd...
Məsumiyyət muzeyi | Orxan Pamuk | Sözdələn
"Həyatımın ən xoşbəxt anıymış, bilmirdim...""Sözdələn"in bu dəfəki buraxılışında Türkiyənin Nobel mükafatı laureatına sahib olan yazıçısı Orxan Pamukun altı ilə yazdığı gözəl eşq romanını sənə danışıram.Roman bu sözlərlə başlayı...
Şirin dostluq | Fərid Ələkbərli | Sözdələn
"Şirin dostluq" elmi nağılıElmi nağılın müəllifi tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru, professor Fərid Ələkbərlidir."Azərbaycan İnternəşnl" ("Azerbaijan International") jurnalında dərc olunan bu elmi nağılın...
Su və dəvətikanı | Fərid Ələkbərli | Sözdələn
"Su və dəvətikanı" elmi nağılıElmi nağılın müəllifi tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru, professor Fərid Ələkbərlidir."Azərbaycan İnternəşnl" ("Azerbaijan International") jurnalında dərc olunan bu elmi nağı...
Söhbət | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn
İndi "Sözdələn"də söhbət vaxtıdır.İsti yay günündə təsadüfi qarşılaşan iki köhnə dost söhbət edir. Bu söhbət vaxtı zamanın insanları necə dəyişdirdiyi aydın şəkildə üzə çıxır. Əbdürrəhim bəy Haqverdiyevin "Söhbət" əsəri dövrün ictimai h...
İntihar | Səməd Niknam | Sözdələn
"Sözdələn"in bugünkü mövzusu Səməd Niknamın "İntihar" hekayəsidir.Səməd Niknam 1963-cü ildə Güney Azərbaycanın Ərdəbil bölgəsinin Cabıllı kəndində anadan olub. İbtidai məktəbi doğulduğu kənddə bitirib. Ərdəbildə Şah Abbas adına orta mək...
Dondurmaçı | Aqşin Ağkəmərli | Sözdələn
Aqşin Ağkəmərli - DondurmaçıBu dəfə "Sözdələn"də bu hekayəni sənə danışıram.Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmü...
İclas qurusu | Mir Cəlal Paşayev | Sözdələn
"Sözdələn" Mir Cəlal Paşayevin "İclas qurusu" satirik-yumoristik hekayəsi ilə davam edir.Hekayənin tənqid obyekti, demək olar ki, şəxsi həyatı olmayan, bütün gün işdən danışan, həyatını işə həsr edən adamlardır.🔔 Azərbaycan dilin...
Novruz bayramı | Adət-ənənə | Sözdələn
"Şəkərbura, paxlava Bəzək verir xonçayaBahar necə yaraşır Azərbaycana"Hələ biri də var."Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir..."Yox, indi şeir deməyəcəyəm, mahnı oxumayacağam. "Sözdələn"də sənə Novr...
Həyasız taksi sürücüləri | Bakının dərdi var | Sözdələn
Bəh-bəh, texnologiya inkişaf etdi, dedik canımız dincələr, taksi sifarişi bir barmaq toxunuşu qədər asanlaşar. Amma sən saydığını say, gör bizim bəzi taksi sürücüləri nə sayır. Bakıda taksi çağırmaq artıq sadəcə bir xidmət deyil, həm də əsəb, s...
Ac həriflər | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn
"Sözdələn"də Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış bu kiçik həcmli səhnə əsərini sənə danışıram.Bu komediyada yazıçı cəmiyyətdəki nadanlıq, savadsızlıq və müxtəlif mənasız vəziyyətləri yumorla göstərir.Əsər...
Siqaret öldürür | Sakit ölüm | Sözdələn
"Düşüm bir dənə siqaret alım, gəlirəm."Bu cümləni bundan sonra deyəndə bir neçə dəfə düşünəcəksən. Çünki indi sənə siqaret haqqında elə faktları deyəcəyəm ki, bir də o tüstüyə yaxın getməyəcəksən."Sözdələn"də siqaretin insanı ne...
Pristav və oğru | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn
"Sözdələn"in bugünkü mövzusu Əbdürrəhim bəy Haqverdiyevin "Pristav və oğru" hekayəsidir.Hekayə çar dövrü idarəçiliyinin ədalətsiz və riyakarlıqla dolu simasını satirik dillə açıb göstərir. Əsərdə hakim mövqedə duran pristavla aciz bir o...
Oruc tutmaq faydalıdır? | Ac qalmaq | Sözdələn
Bütün ilboyu yedik-içdik, doyduq, daha bəsdir. Düzünü desəm, doymağımıza da əmin deyiləm. İndi bir az fasilə vermək, bədənimizi, ruhumuzu təmizləmək vaxtıdır.İndi "Sözdələn"də oruc tutmaq və onun faydalarından danışmaq vaxtıdır....
1984 | Corc Oruel | Sözdələn
"BÖYÜK QARDAŞ SƏNİ İZLƏYİR"Çoxumuza tanış olan bu ifadə necə də qəribə, təhlükəli, qarışıq hislər saçan cümlədir."Sözdələn" Corc Oruelin "1984" romanı ilə davam edir.Roman totalitarizmin və insan azadlığının məhvinin ən ...
Niyə demokratiya ən ədalətli sistemdir? | Siyasi sistemlər | Sözdələn
Siyasət niyə vacibdir?Siyasət sadəcə televizorda danışan kostyumlu adamlar deyil, bizim gündəlik həyatımızı formalaşdıran qərarlar toplusudur. Aldığımız çörəyin qiymətindən tutmuş uşaqlarımızın təhsilinə qədər hər şey siyasi sistemin ne...
Məhəmməd Əmin Rəsulzadə niyə dahidir? | Azərbaycan Xalq Cümhuriyyəti | Sözdələn
"Bir kərə yüksələn bayraq bir daha enməz!"Dilimizdə əzbər olan bu şüarın müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadədir. Azərbaycan Respublikası həmin Cümhuriyyətin varisi hesab olunur. Rəsu...
Dopamin nədir? | Sosial şəbəkələrin beynimizə təsiri | Sözdələn
Bu gün "Sözdələn"də beynimizin ən sirli və ən "yaramaz" qonağı haqqında sənə danışıram.Adı dopamin olan kiçik, lakin güclü bir molekul. Onu çox vaxt "xoşbəxtlik hormonu" adlandırırlar, amma bu, bir az ədalətsizlikdir. Çünki dopamin sadə...
Bağırsaq ikinci beyindir | Bağırsağın bədəndə rolu | Sözdələn
Normadan çox yeyəndə depressiyaya düşürsən?Bəs bağırsağın ikinci beyin olduğunu bilirsən?"Sözdələn"də bu mövzuda yazılmış məqaləni sənə danışıram."BBC News" (Bi-Bi-Si Nyuz) yayım şirkətinin veb-saytında yayımlanan bu məq...
Nigarın instaqramı | Proqramlaşdırma hekayəsi | Sözdələn
Bilirəm ki, bu dəqiqə oturub, hər dəfə şəkil paylaşanda instaqramın necə işlədiyini düşünürsən. Sənə də, mənə də, elə çoxumuza maraqlıdır ki, instaqramda şəkil bəyənəndə, "Paylaş" düyməsinə basanda, şərh yazanda nə baş verir.Gəl, bu gün...
Kanalizasiyamız nə vaxt düzələcək? | Bakının dərdi var | Sözdələn
Yağışlı günlərin birində ayağımız dizə qədər suya batanda istər-istəməz yadıma tarixin tozlu, amma quru səhifələri düşdü. Sən demə, min illər əvvəl yaşayan o "geridəqalmış" dediyimiz əcdadlarımız yağış suyu və tullantıların axıdılması üçün saxs...
Şaxta Babaya məktub | Qəzzadan Ömər | Sözdələn
Dünya yeni ili qarşılamağa hazırlaşır. Şəhərlər işıq saçır, vitrinlər bəzədilir, uşaqlar həyəcanla hədiyyə siyahıları tutur. Amma dünyanın elə bir nöqtəsi var ki, orada uşaqların "hədiyyə" anlayışı tamamilə başqadır. Onlar Şaxta Babadan bahalı ...
Ovçu Qasım | Əbdürrəhim bəy Haqverdiyev | Sözdələn
Gəl, indi sənə "Sözdələn"də bizim bu ovçu Qasımdan danışım.Bu Qasım hara gedirsə, orada özünü cəsur və mahir ovçu kimi göstərməyə çalışır, lakin söylədikləri getdikcə həqiqi görünmür. Bir qış gecəsində kənd adamları bir araya gəlib, ovç...
Qumar oynamaq beynə təsir edirmi? | Meri Beyts | Sözdələn
Bu gün qumar mövzusu çoxlarına sadəcə əyləncə kimi görünür, amma hər kəs üçün belə deyil. Bəzi insanlar üçün oyunlar zamanla nəzarətdən çıxaraq ciddi bir problemə çevrilir. Elm isə göstərir ki, qumarın təsiri təkcə davranışlarda deyil, beyində ...
Həyat yoldaşıma məktub | Qulamhüseyn Səidi | Sözdələn
"Sözdələn"in ötən buraxılışlarının birində XX əsr İran ədəbiyyatının, xüsusilə də Azərbaycan ədəbi dairələrinin ən təsirli simalarından biri hesab olunan Qulamhüseyn Səidinin yaradıcılığına müraciət etmişdim.Təbrizli yazıçı Gövhər Murad...